Modern.az

Lukaşenko Belarusda rus təyyarəsinə hücumdan DANIŞDI

Lukaşenko Belarusda rus təyyarəsinə hücumdan DANIŞDI

Aktual

7 Mart 2023, 14:20

Belarus prezidenti Aleksandr Lukaşenko Minsk şəhəri yaxınlığındakı Maçulişçi aerodromunda Rusiyanın A-50 hərbi təyyarəsinə qarşı həyata keçirilən hücumdan danışıb.

 

Modern.az "Belta"ya istinadən xəbər verir ki, o, hərbi təyyarəyə pilotsuz uçuş aparatı ilə hücum edən şəxsin ələ keçirildiyini bildirib.

 

Lukaşenko qeyd edib ki, A-50 hərbi təyyarəsinə hücumda iştirak edən “terrorçu və onun əlaltıları” saxlanılıb. O, saxlanılan şəxsin Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürüldüyü, Ukrayna və Rusiya pasportları daşıdığını iddia edib. 

 

Belarus lideri ələ keçirilən şəxsin informasiya texnologiyaları üzrə mütəxəssis olduğunu söyləyib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl "Maçulişçi" hərbi aerodromunda partlayış törədilib. Partlayış zamanı Rusiya hərbi hava qüvvələrinin A-50 erkən xəbərdarlıq təyyarəsi zədələnib. Məlumata görə, iki partlayış nəticəsində təyyarənin ön və mərkəzi hissələri, avionika və radar antenası zədələnib. Belarus partizanları kəşfiyyat təyyarəsinin yerləşdiyi “Maçulışçi” aerodromunda iki həftə hava kəşfiyyatı aparıblar.

Bu xəbər ilə bağlı
Podolyakdan Lukaşenkoya cavab: Yerli partizanlar edib
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu