Modern.az

Qatar qəzası - 2 nəfər öldü, 16 yaralı var

Qatar qəzası - 2 nəfər öldü, 16 yaralı var

Dünya

8 Mart 2023, 09:18

Misirdə Qaliub yaşayış məntəqəsinin yaxınlığında qatar qəzası baş verib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Qahirəyə gedən qatar qəfil relsdən çıxıb.

 

Qəza nəticəsində 2 nəfər həyatını itirib, daha 16 nəfər isə yaralanıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?