Modern.az

Tbilisidə vəziyyət gərgindir - YENİLƏNİB

Tbilisidə vəziyyət gərgindir - YENİLƏNİB

Dünya

9 Mart 2023, 00:51

Polis əməkdaşları Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyasını dağıtmağa başlayıb.

 

Modern.az xəbər verir ki, onlar etirazçılara qarşı su şırnağı, gözyaşardıcı və bibərdən istifadə edib.

 

Etirazçılar parlament binasının pəncərələrini sındırıb, polis maşınını aşırıblar. Toqquşma nəticəsində yaralıların olduğu bildirilir.

 

***

23:40

Gürcüstanda “xarici agentlər”lə bağlı qalmaqallı qanun layihəsinə qarşı kütləvi etirazlar davam edir.

 

Modern.az xəbər verir ki, etirazçılar parlament binasını mühasirəyə almağa çalışırlar.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını parlamentdən uzaqlaşdırmağa cəhd göstərir.

 

Məlumata görə, polis aksiyaçılara qarşı su şırnaqlarından istifadə edir. Paytaxt Tbilisidə gərgin vəziyyət hökm sürür.

 

Qeyd edək ki, Tbilisidə etiraz aksiyasının keçirildiyi parlament binasının ətrafına xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Parlamentin girişində quraşdırılmış dəmir hasarları sökən aksiyaçılar polisə daş və yumurta atıblar.

 

Məlumat üçün bildirək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. 

Bu xəbər ilə bağlı
Etirazçılar Gürcüstan hakimiyyətinə 1 saat vaxt qoydu 
Xəbəri oxu

 

Dünən etirazlar zamanı 70-dən çox aksiya iştirakçısı saxlanılıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu