Modern.az

Daha bir Avropa ölkəsindən Gürcüstana ETİRAZ

Daha bir Avropa ölkəsindən Gürcüstana ETİRAZ

Dünya

9 Mart 2023, 00:00

Gürcüstandakı proseslər xatırladır ki, demokratiya seçilmiş liderlərin əli ilə tədricən məhv edilə bilər.

 

Modern.az xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kalas "Twitter" səhifəsində yazıb.

 

“Gürcüstanda dinc nümayişçilərə qarşı zorakılığın görüntülərindən narahatam”, - deyə Kalas bildirib.

 

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. 

Bu xəbər ilə bağlı
Tbilisidə vəziyyət gərgindir - YENİLƏNİB
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu