Modern.az

Ərdoğan apreldə Putinlə Zelenskini görüşdürmək istəyir

Ərdoğan apreldə Putinlə Zelenskini görüşdürmək istəyir

Dünya

9 Mart 2023, 07:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İstanbulda Rusiya və Ukrayna liderləri Vladimir Putin ilə Volodimir Zelenski arasında görüş təşkil etmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan bildirib.

 

Onun sözlərinə görə, Ərdoğanın danışıqları təşkil edib-etməyəcəyini müzakirə etmək olduqca çətindir:

 

“Bunu etmək çətindir, çünki Türkiyə prezidenti hərbi əməliyyatları davam etdirməyə çalışan və Rusiya ilə istənilən danışıqlara qarşı çıxan ABŞ və Böyük Britaniyanın təzyiqi altındadır. Türkiyə tərəfinin əsas missiyası Putin və Zelenskinin xarici müdaxilə olmadan görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır".

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu