Modern.az

Rusiya bir gündə Ukraynaya 81 raket atıb - Zelenski açıqladı

Rusiya bir gündə Ukraynaya 81 raket atıb - Zelenski açıqladı

Dünya

9 Mart 2023, 12:10

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə raket hücumlarını şərh edib.

 

Modern.az xəbər verir ki, o, "Telegram" kanalında bu barədə yazıb.

 

"Çətin bir gecə keçirdik. Ölkəyə kütləvi raket hücumları oldu. Kiyev, Kirovoqrad, Dnepr, Odessa, Xarkov, Zaporojye, Lvov, İvano-Frankivsk, Jitomir, Vinnitsa bölgələrinə raketlər atıldı. Kritik infrastruktura və yaşayış binalarına hücumlar edildi. Təəssüf ki, ölənlər və yaralananlar var. Ailələrinə başsağlığı verirəm. Enerji sistemi bərpa olunur.  Düşmən ukraynalıları yenidən qorxutmaq məqsədilə öz acınacaqlı taktikasına qayıdaraq 81 raket atıb. İşğalçılar ancaq dinc əhaliyə qarşı terror edə bilər. Onların edə biləcəyi yeganə şey budur. Amma bu, onlara kömək etməyəcək. Etdikləri hər şeyə görə məsuliyyət daşıyacaqlar. Hava məkanımızı qoruyanlara və işğalçıların gizli hücumlarının nəticələrini aradan qaldırmağa kömək edən hər kəsə təşəkkür edirik!", - deyə Zelenski qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu