Modern.az

Rusiyanın Gürcüstandakı hadisələrə aidiyyəti yoxdur - Peskov

Rusiyanın Gürcüstandakı hadisələrə aidiyyəti yoxdur - Peskov

Dünya

9 Mart 2023, 14:04

"Gürcüstanın "Xarici agentlər haqqında" qanun layihəsinə Moskvanın heç bir aidiyyəti yoxdur".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Kremldən ilhamlanaraq belə qanun layihəsinin hazırlanması barədə deyilənlər yanlışdır. Rusiya Federasiyasının Gürcüstandakı iğtişaşlarla heç bir əlaqəsi yoxdur. Gürcüstandakı vətəndaşlarımız üçün iğtişaşlar olan ərazilərdə qalmaqdan çəkinmək vacibdir", - deyə o bildirib.

 

"Taxıl müqaviləsinin icrası ilə bağlı Rusiyanın hələ də çoxlu sualları var və biz onları qaldırmağa davam edəcəyik", - deyə sözçü əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu