Modern.az

Zelenski Rusiyanın hücumları ilə bağlı müşavirə keçirdi

Zelenski Rusiyanın hücumları ilə bağlı müşavirə keçirdi

9 Mart 2023, 15:24

Ukrayna prezidenti Volodimir Zelenski geniştərkibli müşavirə keçirib.

 

Modern.az xəbər verir ki, o, "Telegram" kanalında bu barədə məlumat verib.

 

Daxili İşlər Nazirliyi, Təhlükəsizlik Xidməti, "Ukroboronprom", Baş Qərargah, Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti və müvafiq hökumət orqanlarının nümayəndələri iştirak ediblər.

 

"Biz enerji infrastrukturunun düşmən atəşindən mühafizəsini təmin etməli, zərər çəkmiş ərazilərdə enerji təchizatının sürətlə bərpasını təmin etməliyik. Rusiyanın minlərlə hücumuna baxmayaraq, biz hamımız birlikdə Ukraynanın yenilməzliyini təmin edəcəyik. Biz işləyirik. Biz qalib gələcəyik!", - deyə Zelenski qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu