"NATO Ukraynadakı vəziyyəti tam başa düşmür".
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun nümayəndəsi Sergey Çerevatıy danışıb.
"Alyansın Ukraynadakı müharibənin məntiqini anlaması yəqin ki, çətindir. Ona görə də quru hesablamalara əsaslanaraq nəticələr çıxarırlar. Onlar sırf praqmatik, quru hesablamalarla yanaşırlar, bəzən başa düşmürlər ki, müharibə ili ərzində ukraynalılar bir çox hallarda müqavimət, qeyri-standart addımlar və taktiki qərarların gücü ilə qazanıblar", - deyə o bildirib.