Ukrayna əhalisinin 52 faizi rus dilinin ölkə ərazisində tədris olunmasına qarşıdır.
Modern.az xəbər verir ki, bununla bağlı Kiyev Beynəlxalq Sosiologiya İnstitutu sorğu keçirib.
Sosioloqların fikrincə, ukraynalıların 42%-i müəyyən dərəcədə rus dilinin öyrənilməsinin tərəfdarıdır, lakin onlar rus dilini öyrənməyə sərf edilməli olan vaxtın azaldılması istiqamətində işlərin görülməsini tələb edirlər.
Qeyd edək ki, dörd il əvvəl ukraynalıların cəmi 8%-i rus dilinin məktəblərdə öyrənilməsinə qarşı çıxmışdı. İndi Ukrayna əhalisinin yarıdan çoxu rus dilindən imtina etməyin tərəfdarıdır.