Modern.az

Rusiyada təyyarə havaya qalxan kimi geri qayıtdı

Rusiyada təyyarə havaya qalxan kimi geri qayıtdı

9 Mart 2023, 17:14

Rusiyanın Sankt-Peterburq şəhərindən İjevska uçan "Boeing 737" markalı sərnişin təyyarəsi havaya qalxdıqdan sonra həyəcan siqnalı verib və geri qayıdıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə aviasiya qurumundan məlumat verilib.

 

Bildirilib ki, təyyarə havaya qalxdıqdan təxminən 10 dəqiqə sonra həyəcan siqnalı verib. Daha sonra təyyarə geri qayıdıb və eniş edib.

 

Detallar açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu