Modern.az

Hulusi Akar zəlzələ bölgəsinə getdi - FOTO

Hulusi Akar zəlzələ bölgəsinə getdi - FOTO

9 Mart 2023, 17:48

Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələ bölgəsinə səfər edib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Akar Antakyaya baş çəkib.

 

Onu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler də müşayiət edib.

 

Hərbi rəhbərlər zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanış olublar. Daha sonra əsgərlərlə görüşüblər.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Dünən Malatyada 5.6 ballıq daha bir zəlzələ baş verib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu