Rusiya Latviya, Litva və Estoniyadan olan 144 şəxsə sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Sanksiya tətbiq edilən şəxslər nazir, deputat, ictimai xadimlər və jurnalistlərdir.
"Bu addım Baltikyanı dövlətlərin Rusiyaya qarşı sanksiya və digər tədbirlərin fəal lobbiçiliyinə, daxili işlərimizə qarışmasına, rusofob əhval-ruhiyyənin qızışdırılmasına cavab olaraq atılıb", - nazirliyin yaydığı məlumatda qeyd olunub.