Bu gün NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə, Finlandiya və İsveç hökumətlərinin nümayəndələrini bir araya toplayıb.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilir.
Stoltenberq iclas zamanı deyib ki, Finlandiya və İsveç Türkiyənin qanuni təhlükəsizlik narahatlığını aradan qaldırmaq üçün vacib addımlar atıblar: "İndi bütün müttəfiqlərin ratifikasiya prosesini başa çatdırmasının vaxtıdır".
Görüş zamanı Türkiyə, Finlandiya və İsveç nümayəndələri üçtərəfli memorandumun həyata keçirilməsi üçün atılan addımları müzakirə ediblər.
Sonda Türkiyə, Finlandiya və İsveç nümayəndələri NATO-nun Vilnüs Sammitinə qədər yenidən görüşmək barədə razılığa gəliblər.