İsrailin paytaxtı Təl-Əviv şəhərindəki kafelərdən birində terror aktı törədilib.
Modern.az xəbər verir ki, bu barədə "Jerusalem Post" nəşri yazıb.
Bildirilir ki, silahlı şəxsin atəş açması nəticəsində 3 mülki vətəndaş yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.
İlkin məlumata görə, hücum iki silahlı şəxs tərəfindən həyata keçirilib, onlardan biri polis tərəfindən öldürülüb.