Rusiya prezidenti Vladimir Putin və Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dövlət başçıları Rusiyadan kənd təsərrüfatı məhsullarının Ərəb Respublikasına tədarükünü və taxıl müqaviləsini müzakirə ediblər.
Kremlin mətbuat xidmətinin məlumatına görə, danışıqlar Misirin təşəbbüsü ilə keçirilib. Putin misirli həmkarına Rusiyanın Qara dəniz limanlarından taxıl və Rusiyadan gübrə ixracına dair sövdələşmənin həyata keçirilməsinə yanaşmasından danışıb.