Modern.az

Gürcüstanda etirazçılar hökumətin istefasını TƏLƏB EDİR

Gürcüstanda etirazçılar hökumətin istefasını TƏLƏB EDİR

Dünya

10 Mart 2023, 00:36

Gürcüstanda etiraz aksiyaları axşam saatlarına kimi davam edib.

 

Modern.az xəbər verir ki, "xarici agentlər haqqında" qanun layihəsinə qarşı başlayan aksiyalarda əsas tələb hakimiyyətin istefasına yönəlib. 

 

Müxalif siyasətçilər növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbini irəli sürüblər. Bildirilib ki, tələbləri təmin olunmayana qədər etirazları davam etdirəcəklər. 

 

Növbəti aksiyanın sabah saat 11-də keçiriləcəyi anons edilib.

 

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu