Almaniyanın Hamburq vilayətinin Alsterdorf şəhər ərazisində yerləşən “Yehova şahidləri” dini təşkilatının yerli mərkəzinə silahlı hücum edilib.
Modern.az xəbər verir ki, insident nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb.
Yaralılardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir. Cinayətkarlar hadisə yerindən qaça biliblər. Hadisənin detalları hələlik məlum deyil.