Modern.az

Ermənistanda İran vətəndaşı həbs olundu

Ermənistanda İran vətəndaşı həbs olundu

Dünya

10 Mart 2023, 12:04

Ermənistanda narkotik qaçaqmalçılığına cəhd edən İran vətəndaşı həbs edilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, saxlanılan iranlı dövriyyəsi qanunla qadağan olunmuş maddələrin bir hissəsini Avstriyaya göndərməyə müvəffəq olub. 

 

"Lakin o, Avstraliyaya narkotik satmaq istəyərkən tutulub", - deyə məlumatda qeyd olunub. 

 

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu