Modern.az

Onun namizəd olmasına çox sevindik - Kılıçdaroğlunun qardaşı

Onun namizəd olmasına çox sevindik - Kılıçdaroğlunun qardaşı

Dünya

10 Mart 2023, 14:48

Türkiyədə müxalif "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğlunun Tuncelidə yaşayan təqaüddə olan müəllim qardaşı Yusuf Ziya Kılıçdaroğlu CHP sədrinin seçkilərdə iştirakı ilə bağlı təəssüratlarını bölüşüb.

 

Modern.az xəbər verir ki, "Medyascope"a müsahibə verən Y.Z.Kılıçdaroğlu qardaşının namizəd olmasına çox sevindiklərini deyib.

 

"Gələcəyimiz üçün, hamımız üçün yaxşı olacaq. Qardaşımla tez-tez görüşürük. Axırıncı dəfə zəlzələ ilə bağlı Malatyaya gələndə görüşmüşdük. Qalib gələcəyinə tam inanıram. Çox uğurlu prezident olacağına əminəm. Uşaq ikən də çox bacarıqlı idi. Türkiyə və millətimiz üçün xeyirli olsun", - deyə o bildirib.

 

Qeyd edək ki, martın 6-da Kemal Kılıçdaroğlu "Millət İttifaqı"nın vahid namizədi elan olunub. Seçkilərin dəqiq tarixi bu gün açıqlanacaq, 14 maya təyin olunması gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu