Modern.az

ABŞ və Ukrayna generalları cəbhədəki vəziyyəti müzakirə etdi

ABŞ və Ukrayna generalları cəbhədəki vəziyyəti müzakirə etdi

Dünya

12 Mart 2023, 00:17

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millli ilə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Zalujni özünün teleqram kanalında məlumat yayıb.

Telefon danışığı zamanı cəbhədəki vəziyyət, Ukraynanın ehtiyacları, döyüş sursatı və texnikanın tədarükü məsələləri müzakirə olunub.

"Biz dialoqu və birgə işi davam etdirmək barədə razılığa gəldik", - Zalujnı əlavə edib. General Ukraynanı dəstəklədiklərinə görə ABŞ prezidenti Co Baydenə, generala və bütün Amerika xalqına təşəkkür edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?