Modern.az

Türkiyədə seçki günü toy keçirmək olmaz? - QADAĞALAR

Türkiyədə seçki günü toy keçirmək olmaz? - QADAĞALAR

12 Mart 2023, 09:15

Türkiyənin Ali Seçki Komissiyası mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində tətbiq olunacaq qadağaları açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə rəsmi qərar "Resmi Gazete"də dərc olunub.

 

Belə ki, KİV orqanları seçki günü saat 18:00-dək seçki və seçkilərin nəticələri ilə bağlı xəbər, proqnoz və şərh verə bilməyəcək. Saat 21:00-dan sonra yayım sərbəst olacaq. Zərurət yaranarsa, qadağanın saat 21:00-dan əvvəl götürülməsinə qərar verilə bilər.

 

Səsvermə günü təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olan güc strukturlarının əməkdaşlarından başqa heç kim silah gəzdirə bilməyəcək. Əyləncə məkanları bağlanacaq. Mayın 14-də spirtli içkilər satılmayacaq. İctimai yerlərdə spirtli içkilərin satışı və içilməsi qadağan ediləcək. Bundan əlavə, əyləncə məkanı olan restoranlarda yalnız yeməklər verilə bilər.

 

Bundan başqa, mayın 14-də qadağalarına və göstərilən qaydalara əməl olunmaq şərti ilə saat 18.00-dan sonra toylar keçirilə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu