Modern.az

Təbrizdə partlayış: 5 nəfər öldü, yaralılar var

Təbrizdə partlayış: 5 nəfər öldü, yaralılar var

Dünya

12 Mart 2023, 09:46

İranın Şərqi Azərbaycan ostanında partlayış baş verib.

 

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, hadisə ostanın mərkəzi olan Təbriz şəhərində qeydə alınıb.

 

Yaşayış binasında partlayış olması nəticəsində 5 nəfər həyatını itirib, daha 4 nəfər isə xəsarət alıb.

 

Partlayışın təsirindən 100-ə yaxın evin zərər gördüyü qeyd olunub. Hələlik hadisənin dəqiq səbəbləri bəlli deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu