Rusiya prezidenti Vladimir Putinin gələn həftə üçün fəaliyyət proqramı və iş qrafiki açıqlanıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, proqrama əsasən, Putinin martın 18-də qeyd olunacaq Krımın Rusiyaya ilhaqının 9-cu ildönümü ilə bağlı tədbirlərə qatılması və ev sahibliyi etməsi gündəmdədir.
Qeyd olunub ki, növbəti həftədə Rusiya prezidentinin beynəlxalq təmasları və regionlara səfəri də qrafika daxil edilib.
Xatırladaq ki, Ukrayna ərazisi olan Krım yarımadası 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub.