Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya göndəriləcək “Challenger 2” tanklarının imkanlarını nümayiş etdirib.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında məlumat verilib.
"Ukraynanın işğala qarşı müqavimət göstərməsinə və ərazilərini geri almasına kömək etmək üçün əhəmiyyətli döyüş gücü paketinin bir hissəsi olaraq, Böyük Britaniya "Challenger 2" tanklarından ibarət eskadron göndərəcək", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Böyük Britaniya Ukraynanı hərbi müdafiənin təşkilində ən çox dəstəkləyən ölkələrdən biridir. Analitiklər "Challanger 2" tanklarının döyüş meydanın əsaslı dəyişikliklərə səbəb olacağını düşünür.