ABŞ Dövlət Departamenti İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın iki ölkə arasında məhbus mübadiləsi ilə bağlı razılıq əldə edilməsi barədə açıqlamasını təkzib edib.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.
ABŞ-ın Milli Təhlükəsizlik Şurası da mübadilə xəbərini yalan adlandırıb.
Qeyd edək ki, hazırda İran həbsxanalarında 3 amerikalı var, bunlar Emad Şarqi, Morad Tahbaz və Siamak Namazidir.
***
18:35
İran və ABŞ məhbusların mübadiləsi ilə bağlı razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Əmir Abdullahian bildirib.
Onun sözlərinə görə, ötən ilin mart ayından etibarən ABŞ ilə aparılan müzakirə nəticəsində məhbusların qarşılıqlı ekstradisiyasına dair razılıq əldə olunub.
XİN başçısı vurğulayıb ki, yaxın günlərdə ABŞ texniki məsələləri həll etsə, razılaşma həyata keçiriləcək.