Modern.az

Lukaşenko və Rəisi Pəhləvinin yay iqamətgahında görüşəcəklər

Lukaşenko və Rəisi Pəhləvinin yay iqamətgahında görüşəcəklər

Dünya

13 Mart 2023, 10:12

İranda səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Tehranda bu ölkədən olan həmkarı İbrahim Rəisi ilə görüşəcək və danışıqlar aparacaq.

 

Modern.az Belarusun rəsmi "BelTA" agentliyinə istinadən xəbər verir ki, prezidentlərin görüşü Səadabad saray və park kompleksindəki Comhuri iqamətgahında keçiriləcək.

 

Bildirilib ki, həmçinin Aleksandr Lukaşenkonun İranın vitse-prezidenti, İslam Şurası Məclisinin (parlament) sədri və İranın ali rəhbəri ilə də görüşü nəzərdə tutulub.

 

Qeyd edək ki, Səadabad saray-park kompleksi XX əsrin əvvəllərində tikilib və uzun müddət İran şahı Rza Pəhləvinin yay iqamətgahı olub.

Bu xəbər ilə bağlı
Lukaşenko İrana gəldi - Nələr müzakirə olunacaq?
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?