Modern.az

Füzulidə şəhid ailələri üçün iftar süfrəsi açılıb - FOTOLAR

Füzulidə şəhid ailələri üçün iftar süfrəsi açılıb - FOTOLAR

19 Aprel 2023, 09:50

Füzuli rayonunda müqəddəs Ramazan bayramı ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün iftar süfrəsi açıldı. İftarda Füzuli rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Füzuli rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və şəhid ailələri iştirak etdilər.

 

Əvvəlcə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, müqəddəs Qurani –Kərimdən ayələr oxundu, şəhidlərin ruhuna dualar səsləndirildi.

 

Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun qazandığı böyük Zəfərdən söz açdı. Artıq üç ildir ki, Azərbaycan xalqının müqəddəs Ramazan bayramını qalib xalq olaraq qeyd etdiyini diqqətə çatdıran Alı Alıyev, şəhid ailələrinin, qazilərin, həssas təbəqədən olan digər insanların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha vurğuladı. Alı Alıyev bütün xalqımızı, eləcə də şəhid ailələrini, qaziləri qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik etdi, onlara xoş arzularını çatdırdı.

 

Daha sonra YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova çıxış edərək Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə hər zaman yüksək qiymət verdiyini vurğuladı və  ölkə başçısı Prezident İlham Əliyev tərəfindən  bu gün də bu siyasi xəttin uğurla davam etdirildiyini bildirdi. Müqəddəs Ramazan bayramı münasibətilə şəhid ailələrini təbrik edən Almaz Həşimova Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədi.

 

Tədbirdə digər çıxış edən ziyalılar, ağsaqqallar Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd etdilər. Şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?