Modern.az

Son sutkada 180 nəfərə vaksin vurulub

Son sutkada 180 nəfərə vaksin vurulub

19 Aprel 2023, 16:52

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 180 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 70, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 62, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 31, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 17 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 13 958 814, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 503, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 566, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 088 nəfər təşkil edir.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?