Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın övladı 10 yaşlı Çarlz Emin Neylor Ümumilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə mahnı bəstələyib.
Modern.az xəbər verir ki, gənc istedadın "Öndər" adlı ilk bəstəsinin sözlərinin müəllifi Xalq şairi Vahid Əzizdir.
Fidan Hacıyevanın ifasında səslənən "Öndər" mahnısının klipi tezliklə musiqisevərlərə təqdim olunacaq.
Azərbaycanın dövlət quruculuğu tarixində əvəzsiz xidmətləri olmuş dahi siyasətçinin həyatından ilhamlanaraq yazılmış musiqinin aranjemanı Zaur Əlinindir. Sənətdə ilk addımlarını atan gənc istedada uğurlar arzulayırıq.