Modern.az

“Cümə” məscidində 600 nəfər ibadət edə biləcək

“Cümə” məscidində 600 nəfər ibadət edə biləcək

20 Aprel 2023, 14:34

Bakının Nərimanov rayonundakı “Cümə” məscidində aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra eyni vaxtda 600-ə yaxın insan ibadət edə biləcək.

 

Modern.az xəbər verir ki, məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, "Cümə" məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb.

 

Bu il aprelin 20-də “Cümə” məscidinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?