Modern.az

Ermənistan parlamentində gərginlik: Spiker deputatları qovdu - VİDEO

Ermənistan parlamentində gərginlik: Spiker deputatları qovdu - VİDEO

20 Aprel 2023, 15:58

Ermənistan parlamentində növbəti dəfə qalmaqal yaşanıb.

 

Modern.az xəbər verir ki, parlamentin iclası zamanı deputat Taquhi Tovmasyan siyasi aksiya keçirdiyini bildirib və tribunadan düşməkdən imtina edib.

 

"Mən burada yalan fikirlərin səsləndirilməsinə icazə verməyəcəm", - deyə müxalif deputat vurğulayıb.

 

Spiker Alen Simonyan təhlükəsizlik xidmətinin əməkdaşlarını iclas zalına çağırıb. Bundan sonra müxalifətin parlamentdəki təmsilçiləri ilə təhlükəsizlik xidmətinin işçiləri arasında gərginlik yaşanıb. 

 

İclasa mane olmaqda günahlandırılan deputatlar məcburi şəkildə zaldan çıxarılıb.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?