Modern.az

İcazəsiz fəaliyyət göstərən taxta sexləri aşkarlandı

İcazəsiz fəaliyyət göstərən taxta sexləri aşkarlandı

Aktual

22 Aprel 2023, 14:24

Xaçmazda icazəsiz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb.

 

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aprelin 20-də Xaçmaz rayonunun Yergüc və Nərəcan kəndlərində rayonun Ağyazıbuduq kənd sakini Abbas Kərimova və Bakı şəhər sakini Aydın Bayramova məxsus müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə məşğul olan taxta sexlərinin fəaliyyət göstərməsi müəyyən olunub.

 

Ağacların kəsilməsində istifadə edilən ümumilikdə 5 ədəd dəzgah və 10 kubmetr müxtəlif növ ağac və taxta materialları aşkar edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?