Modern.az

Lerikdə ölən bir ailənin 4 üzvü - ADLAR

Lerikdə ölən bir ailənin 4 üzvü - ADLAR

Aktual

23 Aprel 2023, 14:42

Lerik rayonunun Tikəband kəndində elektrik cərəyanı nəticəsində ölən 4 nəfərin şəxsiyyəti müəyyən edilib.

 

Lerik rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, bunlar 1941-ci il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B-dır (azyaşlının ad və soyadı şərtidir).

 

Onlar bir ailənin üzvləridir. 

 

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?