Modern.az

Qanunsuz kömür quyuları aşkar edildi

Qanunsuz kömür quyuları aşkar edildi

Aktual

24 Aprel 2023, 09:32

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl və Quba rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 2 kömür quyusu aşkar olunub. 

 

Bu barədə Modern.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayonu, Toğanalı kənd sakini Adil Bayramov və Quba rayonu,  Xanagah kənd sakini Rəşid Seyfullayev olduğu müəyyən edilib.

 

“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?