Pakistanın şimal-qərbində yerləşən Svat vadisinin terrorla mübarizə idarəsində güclü partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pakistan polisinə istinadən məlumat yayıb.
Terrorla mübarizə idarəsinin silah-sursat anbarında baş verən iki partlayış nəticəsində azı 13 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
Polis döyüş sursatlarının "çox güman ki, elektrik qısaqapanması səbəbindən alovlandığını" bildirib. Hələlik kənardan hücuma dair heç bir dəlil müəyyən edilməyib.