Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ABŞ-a səfər edib.
Modern.az xəbər verir ki, o, Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
"Biz insan hüquqları, təhsil və iqtisadi tərəfdaşlıq və ölkələrimizə təsir edən digər sahələri müzakirə etdik", - Blinken deyib.