Modern.az

İstehsalatda bədbəxt hadisələr: 34 nəfər ölüb

İstehsalatda bədbəxt hadisələr: 34 nəfər ölüb

Aktual

25 Aprel 2023, 12:22

Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayı azalıb.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov deyib.

 

Onun sözlərinə görə, ötən il istehsalatla bağlı 237 hadisə baş verib:

 

“Nəticədə 34 nəfər ölüb, 247 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 2021-ci illə müqayisədə baş verən hadisələrin və xəsarət alanların sayında 20 faiz, vəfat edənlərin sayında isə 33 faiz azalma qeydə alınıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?