Modern.az

UNEC-də imtahan və müsahibə keçirilib

UNEC-də imtahan və müsahibə keçirilib

Aktual

25 Aprel 2023, 16:05

Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanmış üçtərəfli memorandum çərçivəsində “Dövlət sektorunda audit” mövzusunda keçirilmiş təlimlərdə iştirak etmiş Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün imtahan və müsahibə təşkil edilib.

 

UNEC-dən Modern.az-a bildirilib ki, imtahan və müsahibədə tələbələrin təlimlərdə əldə etdikləri bilik və bacarıqları, o cümlədən maraq və motivasiyalarının qiymətləndirilməsi aparılıb. Tələbələr obyektivlik şəraitində öz biliklərini nümayiş etdiriblər. İmtahan yazılı formada UNEC-də, müsahibə isə Hesablama Palatasında keçirilib.

 

Müsahibə Hesablama Palatasının Aparat rəhbəri vəzifəsini icra edən Tamerlan Yusifzadə, Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin müdiri Fərqanə Əliyeva və Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri Ramal Əzizov tərəfindən aparılıb.

 

Sonuncu mərhələdə tələbələr üçün Gürcüstan Dövlət Audit İnstitutu tərəfindən təlimlər keçiriləcək və onun nəticələri müvafiq qaydada qiymətləndiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?