Modern.az

Suqovuşanda minaya düşən Xəzərin SON DURUMU

Suqovuşanda minaya düşən Xəzərin SON DURUMU

Aktual

26 Aprel 2023, 14:00

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti tərəfindən məlumat verildiyi kimi, 2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

 

Modern.az bildirir ki, piyada əleyhinə minanın partlayışı nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ ayağı topuqdan yuxarı nahiyədən travmatik amputasiya edilib, vəziyyəti stabil qiymətləndirilir. 

 

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi davam etməkdədir. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərdə diqqətli olmağa çağırır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?