Modern.az

Ceyhun Bayramov fransalı həmkarına iradlarını bildirdi

Ceyhun Bayramov fransalı həmkarına iradlarını bildirdi

27 Aprel 2023, 14:18

Avropa ölkələri arasında Fransa hər zaman danışıqlarda fəal iştirak edib.  

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, Azərbaycanın əsas istəyi ədalətli yanaşmadır.

 

"Bizim hər zaman istəyimiz ədalətli yanaşma olub. Təcavüzkar və təcavüzə məruz qalan ölkə arasında tarazlıq qoyulurdu. Biz bir dəfə də olsun Fransadan iki il ərzində Ermənistana çağırış görmədik. Fransa bir dəfə də demədi ki, Ermənistan 10 min qanunsuz silahlını öz büdcəsi ilə Qarabağda silahlandırır. Bunların hamısı sülhə mənfi təsir edir. Bunları xanım nazirə xatırlatmaq istəyirik", - deyə XİN başçısı vurğulayıb.

Bu xəbər ilə bağlı
Azərbaycan  Fransa ilə əlaqələrə diqqət yetirir - Ceyhun Bayramov
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?