Modern.az

Bayden yenə unutqanlığı ilə gündəmdə - FOTO

Bayden yenə unutqanlığı ilə gündəmdə - FOTO

27 Aprel 2023, 22:10

ABŞ prezidenti Co Bayden Ağ Evdə Cənubi Koreyalı həmkarı Yun Suk Yeulla görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

 

Mətbuat konfransında diqqətçəkən detal ortaya çıxıb. Belə ki, mətbuat nümayəndələrinin sualları cavablandırılarkən Co Baydenin əlindəki kağızlar kameralara tuş gəlib.

 

80 yaşlı liderin əlindəki kağızlarda mətbuat konfransında sual verəcək jurnalistlərin adlarının, işlədiyi media orqanının adı və fotoşəkillərinin olduğu görünüb. Bəzi müşahidəçilər bunu Baydenin unutqanlığı ilə izah edib.

 

Baydenin səhhəti bir çox amerikalı tərəfindən sosial mediada yenidən müzakirə mövzusu olub.

 

1238299

1238298

1238297

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?