Goranboy rayon icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər və aidiyyəti məsul vəzifəli şəxsləri ilə birgə, rayon Suvarma Sistemləri İdarəsində olub.
Modern.az xəbər verir ki, icra başçısı, rayonda əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə faktiki vəziyyətin bir daha öyrənilməsi, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində operativ işlərin həyata keçirilməsi ilə bağlı, aparılan işlərlə yerində maraqlanıb. Bununla bağlı, aidiyyəti üzrə idarəyə müraciət edən bir qrup vətəndaşları yerində dinləyən Məhərrəm Quliyev, məsul şəxslərə tapşırıq və tövsiyyələrini bildirib.
Həmçinin İcra Başçısı, Goranboy şəhəri ərazisində aparılan və davam etdirilməsi nəzərdə tutulan genişmiqyaslı yenidənqurma, tikinti, quruculuq və abadlıq işləri ilə bağlı, yerində maraqlandı, aidiyyəti şəxslərlə müvafiq məsləhətləşmələr aparıb.