Aprelin 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon rayon təşkilatı və “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən görkəmli oftalmoloq-alim və ictimai xadim akademik Zərifə Əliyevanın 100 illik yubleyi münasibətilə tədbir keçirildi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamına əsasən akademik Zərifə Əliyevanın 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir.
“Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Ənvər İmaməliyev çıxış edərək qeyd etdi ki, Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür.
Gigiyena və Epidemologiya Mırkəzinin direktoru Adil Heydərov və digər çıxış edənlər bildirdilər ki, dünya oftalmologiyasına mühüm töhfələr vermiş, ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş Zərifə xanım Əliyeva hər zaman xalqımız tərəfindən sevilir, onun əziz xatirəsi hörmət və ehtiramla yad edilir.