Modern.az

Qaqauziyada başqan seçkiləri keçirilir - YENİLƏNİB

Qaqauziyada başqan seçkiləri keçirilir - YENİLƏNİB

30 Aprel 2023, 10:18

Moldovanın cənubundakı Qaqauz muxtariyyətində başqan seçkiləri keçirilir.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, seçki iştirakçılarının hər birinin (8 namizəd) proqramlarında Rusiya Federasiyası və Avrasiya məkanının digər ölkələri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məqamlar var.

 

Qaqauziya Mərkəzi Seçki Komissiyasının sədrinin sözlərinə görə, səsvermə zamanı heç bir şikayət daxil olmayıb.

 

***

28.04.2023 / 15:28

 

Aprelin 30-da Moldovanın Qaqauz Yerinin (Qaqauziyada) başqanı (bölgənin rəhbəri) vəzifəsinə seçkilər keçiriləcək.

 

Modern.az xəbər verir ki, 150 min əhalinin yaşadığı bölgədə keçiriləcək seçkilərdə 8 namizəd iştirak edəcək.

 

Paytaxtı Komrat olan bölgədə türk mənşəli provaslav xristian qaquzlar yaşayır. Qaqauziyanın hazırkı başqanı İrina Vlax seçkilərdə iştirak etmir.

 

Sorğulara əsas, başqan seçkilərində favorit namizədlər Moldova Sosialist Partiyasının namizədi Qriqori Uzun və Şor Partiyasının namizədi Yevqeniya Qutuldur. Hər iki partiya Rusiyameyilli hesab edilir. Sosialistlərin lideri İqor Dodon Kremllə yaxşı münasibətləri var. Digər partiyanın lideri hesab edilən oliqarx İlan Şor Qutulun qalib gələcəyi təqdirdə Qaqauziyaya 500 milyon avro sərmayə qoyacağını və 7 min iş yeri açacağını vəd edib.

 

Sorğularda üçüncü yerdə müstəqil namizəd Dmitri Kroitor qərarlaşıb. Moldovanın Türkiyədəki səfiri olan Kroitor rəsmi Ankara tərəfindən dəstəklənir.

 

Qeyd edək ki, hazırda Moldovada hakimiyyətdə olan və Avropayönlü hesab edilən Fəaliyyət və Həmrəylik Partiyası (PAS) seçkilərdə namizəd irəli sürməyib.

 

Seçkilərdə birinci turda heç bir namizəd 50%-dən çox səs toplaya bilməsə, ikinci tur keçiriləcək. Bu turda ən çox səs toplayan iki namizəd yarışacaq və səslərin çoxunu qazanan siyasətçi başqan seçiləcək. Sorğularda heç bir namizədin birinci turda 50% səs toplaya bilməyəcəyi görünür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?