Modern.az

Naxçıvanda snayperlərin yarışı - VİDEO

Naxçıvanda snayperlərin yarışı - VİDEO

29 Aprel 2023, 18:56

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Yarışda əvvəlcə snayperlərə sıra baxışı keçirilib və təchizatları yoxlanılıb. Şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması və sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə keçirilən yarışda snayperlərin maneələri dəf edərək müxtəlif məsafələrdə yerləşən hədəfləri məhvetmə bacarıqları yoxlanılıb.

 

6 mərhələdə keçirilən yarışda müxtəlif vəziyyətlərdə atəşaçma üzrə normativlər icra edilib. Sonda verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirən snayperlər müəyyən edilib və mükafatlandırılıblar.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?