Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Telefon danışığı zamanı regionda yaranmış hərbi-siyasi və humanitar vəziyyət müzakirə olunub.
Bundan əlavə, Ermənistan-Azərbaycan danışıqlar prosesi, o cümlədən Vaşinqtonda keçiriləcək müzakirələr ətrafında da fikir mübadiləsi aparılıb.