Modern.az

“Azəriqaz” Samuxda sahibkarlarla görüşəcək

“Azəriqaz” Samuxda sahibkarlarla görüşəcək

Aktual

1 May 2023, 09:08

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində KOBİA nümayəndəsinin iştirakı ilə sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq.

 

Modern.az xəbər verir ki, aksiya Samux şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” mayın 3-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?