Modern.az

11 yaşlı uşağı “Mercedes”lə vurub öldürdü

11 yaşlı uşağı “Mercedes”lə vurub öldürdü

Aktual

1 May 2023, 10:34

Sabirabadda 11 yaşlı uşağı maşın vurub öldürüb.

 

Modern.az-ın məlumatına görə, hadisə raonun Muğan prospektində baş verib. Şəhər sakini 1952-ci il təvəllüdlü Ələkbərov Feyruz Ayaz oğlu sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Mercedes” markalı avtomobil ilə şəhərin Muğan prospektində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Sabirabad rayonu Qalaqayın kənd sakini 2012-ci il təvəllüdlü Qasımlı Rəvan Pərviz oğlunu vurub. Azyaşlı xəstəxanada ölüb.

 

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə başlanılmaqla istintaq aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?