Modern.az

İki rayona qazın verilməsi DAYANDIRILIR

İki rayona qazın verilməsi DAYANDIRILIR

Aktual

1 May 2023, 16:56

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, 02.05.2023-cü il tarixində saat 09:00-dan etibarən 03.05.2023-cü il tarixində işlər başa çatanadək “Goranboy”, “Naftalan”, “Goran qəsəbəsi” və “Gilan Knauf” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

“Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Naftalan şəhərinin tam olaraq, Goranboy rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?